HAPPINESS IS A JOURNEY, NOT A PLACE

06 November 2011

bir fənnimiz var ki, milləti qırdırır e :P

tədris fənnləri arasında bəlkə də maraqlı, bəlkə praktik cəhətdən ən zəhlətökən fənn var ki, el arasında BTM deyirlər ona. "Fənni vur müəlliminə, müəllimi vur fənninə!" )) ya da belə deyək, "kitabın çıxart, vur təpəsinə" dərəcədə antitələbə fənndir :P


karoçe, bu dərs müddəti konkret tilsimə düşüb. hər dərs ən az iki uşaq bir - birini qırır. Müəllimənin gözlərini qıyaraq, sinsi gülüşü isə adamı lap hövsələdən çıxarır .

əsas odur ki, bütün bunların hayfını hamımız məəəəəəəəəəəəllimədən çıxdıq. dərsin 90 dəqiqəsini baykot eliyib, heç bir kollokvium suallarını cavablandırmadıq. Məəəəəəəəəəəəllimə uje ağlıyasıydı ki, dekanata müraciət edib, dəstək istədi! o da bir effekt göstərmədi! daha nə deyim ee?!!!!

el gücü, sel gücü!
güc birlikdədi!
elin gücü bir olsa, dağ oynadar yerindən!

AND НАКОНЕЦ ТО: REBYATA, DAVAYTE JIT DRUJNO! :).


No comments:

Post a Comment