HAPPINESS IS A JOURNEY, NOT A PLACE

15 December 2010

Sus! Danışma!

Mən və sən. Bir də bizim soyuqluq.
Geri istəsəm səni. Əllərini ovuclarımda isitsəm. Yetməzsə, nəfəsimlə isidərəm.
Sən “qalıram” deyənə qədər. Baxışlarının buzu əriyib, gözlərindən süzülənə qədər.
Bağışla da diləməzsən. Susarsan.
Sadəcə SUS!
Səssizcə danışırıq. Daha yaxşı anlayırıq bir – birimizi. Çün, dil deyil danışan. Gözlərdir, ürəyi ifadə edir. Yalansız, dolansız qəlblərin söhbəti. Onlar çözəcək bizi.
Gərək yox sözlərə. SUS!… DANIŞMA!…
Mən səni başa düşdüm. Indi sən dinlə ürəyimin səsini. Döyüntüləri sənsən. Hiss et. Sən…..
Ən dərində adını oxu qəlbimdən. Sevin. Sevincini gözlərindən oxuyum.
Səssiz xoşbəxtliyimizi yaşayaq.
Sən və mən. Yerin də qulağı eşitməyəcək. Yalnız biz.
Danışma!.. Sus!…
Nə çox deyiləsi sözümüz varmış…

10 December 2010

Mənim kölgəm

Əvvəllər kimin yanımda olub – olmaması elə də maraqlandırmırdı. Bilirdim ki, kimlərsə ötəri, kimlərsə nə üçünsə bu gün mənimlədirlərsə, sabah məni tanımayacaqlar. Elə onda bu gündən onlarla yolumu ayırırdım.
Kimisə yanımda saxlamağa cəhd göstərmirdim. Bir prinsipim var idi. 
“Məni mənə görə istəyənə heç nə lazım deyil. O onsuzda buralarda olacaq.” Beləcə, çıxdaşlar yalnızlaşdırırdı aidliyini hiss etdiyini.

Ama bir üzüntü duyğusu belə keçirtmirdim. Hər itilən yarpaqda bir milli daha budağa yaxınlaşırdım. Həmişə yanımda olacağına tam əmin halda irəlilədikcə itirirdim qarşıma çıxanları. Şahmat taxtasında piyada irəlidədir, bir – bir yıxa – yıxa qabaqda gedir, gücsüzdür əslində, amma onu arxasında tam arxayın edən vəzirin müdafiə elədiyi yollarla irəliləyir. Elə bu arxayınlıq onu doğruluqdan ayırmır.
Yalançılarla açıq savaşdadır, onun arxasında böyük bir DOĞRU var çünki. Onu daim dəstəkləyəcək DOĞRU, hər addımını yoxlanışdan keçirən DOĞRU, onu izləyən KÖLGƏ DOĞRU!