HAPPINESS IS A JOURNEY, NOT A PLACE

15 December 2010

Sus! Danışma!

Mən və sən. Bir də bizim soyuqluq.
Geri istəsəm səni. Əllərini ovuclarımda isitsəm. Yetməzsə, nəfəsimlə isidərəm.
Sən “qalıram” deyənə qədər. Baxışlarının buzu əriyib, gözlərindən süzülənə qədər.
Bağışla da diləməzsən. Susarsan.
Sadəcə SUS!
Səssizcə danışırıq. Daha yaxşı anlayırıq bir – birimizi. Çün, dil deyil danışan. Gözlərdir, ürəyi ifadə edir. Yalansız, dolansız qəlblərin söhbəti. Onlar çözəcək bizi.
Gərək yox sözlərə. SUS!… DANIŞMA!…
Mən səni başa düşdüm. Indi sən dinlə ürəyimin səsini. Döyüntüləri sənsən. Hiss et. Sən…..
Ən dərində adını oxu qəlbimdən. Sevin. Sevincini gözlərindən oxuyum.
Səssiz xoşbəxtliyimizi yaşayaq.
Sən və mən. Yerin də qulağı eşitməyəcək. Yalnız biz.
Danışma!.. Sus!…
Nə çox deyiləsi sözümüz varmış…

No comments:

Post a Comment