Çaşıb qalmışam kağız – kuğuz arasında. Heç bilmirəm bunlardan necə canımı qurtaracam.
Otağımdakı səliqəsizlik.. Yazmalı olduğum kurs işi, hələ tamamlanmamış mühazirə dəftərləri. Həftəni bölüşdürə bilmədiyimiz fərdi işlər də tökülüb, qalıb.. Semestr balım yaxşıdır, həttə əladır desəm, yalan olmaz. Ən gərgin sondur elə. Bu cəncəldən canım qurtarsın, bir də imtahanlar var, hə?!
hmm.. Bugünlük bu qədər, dahasın yaza bilmirəm. Bir iki günə də məlumatları tam dəqiqləşdirsəm, kurs işini bitirə bilərəm.
Eynəyimi çıxarıb, gözümü ovuşdura - ovuşdura kağızları nəzərimdən keçirirəm. Hər dəfə belə gözümü ovuşduranda özümü qayğısız, uşaq tək hiss eliyirəm. Qəribə duyğudur. Necə yorğun olsam da, bu hiss kiçik də olsa, gülümsəmə yaradır üzümdə.
Yazı lampasının işığında lap gözlərim zay olur. Hm, bunu da yaddaşda saxlayım, hə, bitdi, söndürüb komputeri 5 saatlıq yuxuma qovuşum. Son günlərki zaman yetərsizliyi yuxu payımdan kəsməyə səbəb olur. Amma daha gücüm qalmadığını hiss edirəm. Bir yerdə yıxılıb, qalacam, heç köməyimə gələn də olmayacaq.
Budilniki saat 7 - ye qurmuşdum axı. Niyə hələ də oyanmıram?! Gecikirəm dərsə, oyanmalıyam. Oyan! Hey, oyan! Gözlərimi açmaq istəyirəm, amma.. Off.. Qayıb limitim dolacaq dərsə çatmasam. Oyan! Lənətə gələsən, oyan! Yox, daha heç özümə də harayım çatmır. Mən cismimə hakim ola bilmirəm. Yuxudur, bu nədir?!
Hər kəsi görüb, duymaq yaxşı, amma cavab reaksiyası verə bilməməyim hər şeyin yaxşı olmadığından xəbər verir.
Hər şey..
Yəni həqiqətən də yaxşı olmayan çox şey var?! Yazılarım qarışıqlığa düşüb, it - bat olmasa yaxşıdır.
Ürəyim dözmür daha, oyanmaq istəyirəm. Sıxır bu qaranlıq, hissli ama hissiyatsız dünya..
Oyanmaq istəyirəm!!!
Niyə bu qədər qətiyyətlə oyanmaq istəyim axı. Bəlkə gördüyüm insanlar.. Gördüyüm, bəli! Bəlkə də, eşitdiyim düz sözlər, yalan olmayanlar! Bəlkə də, gözlərin içinə baxa - baxa edilən etiraflar. Xəyanət etdiyini düz üzünə deyən günahkarlar. Üzsüzmü adlandırılmalı, ya gerçəkçimi?!
Bu qədər doğruluq ağır gəldi, yaşamağa taqət qoymaz insanda. Yaşanılmaması gərəkən mühitdir bəlkə də, doğruluq..
Başqa nələr xatırlayırsan?
Xəyalmı, gərçəkmi ötəri nəsə. Yadıma düşmür. Unutmaq istədiklərimdəndir. Unutmuş olsam belə, unuda bilmədiyim unudulası nəyinsə olub, olmamasıdır. Çox qəliz yazdım yenə, deyəsən. Olsun. Mən yazmaq istədiyimi yazdım, necə yazılırsa hərflər məndən iznsiz, onu oxuyursuz. Hə, yenə noldu?? bilmirəm. Sonu olmayan daha bir yazı alındı bu da. Birdən itirdim yazacagimin məğzini. Sondur yəqin, ondan. Bəlkə də, demək istədiklərimi oxuya bildiniz. Bəlkə də, oxudum deyə oxuduz. Amma yenə də ruhum dincəldi yazaraq.

No comments:
Post a Comment