HAPPINESS IS A JOURNEY, NOT A PLACE

30 October 2010

Patoloji bəsit sevgi

  • Sevgi – fərqli başa düşülən kəlmə.. insanın yapısından asılı olaraq başa düşülmə texniki mövcuddur. Kimisi üçün isə bu kəlmə heç bir anlam vermir. Səbəb anlamsız edən cəmiyyət və ya onun anlamını öldürən qarşı cins nümayəndəsi. Hər şey ola bilər…
    Hal – hazırki dövrdə isə bir qrup bəsit insanların yoluxduğu bəsit sevgi sindromu kəlməni leksikondan silməyə məcbur edir.
    Söhbət sevgili kimi sevməkdən gedir.

    Bəsit sevgi sindromunun ortaya çıxmasına səbəb həmin insanla xoş danışma, bəlkə də layiq olduğundan da çox dəyər vermə, onu özünə yaxın buraxmaqdır. Sindromun ilk əlamətləri isə srazı “mən səni çox sevirəm” sözlərini yazı vasitəsilə qarşı xəbərsizə çatdırmaqdır. Bu sms, mms, məktub, ismarış, lövhədə bəyan və s. formalarda ola bilər. Halbuki bunu üz – üzə deyə bilməz. Üz – üzə deməkçün isə daha dərin duyğulu, dilə gətirəndə həyəcanlandıran, etiraf eləməkçün neçə dəfə cəhdlərini boşa çıxardan sevgi gərəkdir.Yeni texnologiyanın mənfi və ya sərf eləyən cəhəti də elə budur – “üz üzdən utanar”..
    Dərd orasıdır ki, sevirəm yox sevə bilərəm deməliydi. Hələ heç nə hiss eləmir, kiçik simpatiya desəm, daha doğru ifadə etmiş olaram. Xəstəmiz hələ bundan sonra sevmək fikrindədir, hansı ki, artıq elani eşq edib. Sevgi bu deyil. Sevgi bu qədər bəsit deyil. Sevgi… nəysə, patoloji xəstələrimizə bunu anlatmaq çətin olacaq bir az. Heç həvəsim də yoxdu anlatmağa.
    Bir onu demək istəyirəm ki, xəstədir dəə.. inanma.. bəsit patoloji sevgi yaşayır. Düzələr.. sən əyilmə…..

No comments:

Post a Comment