HAPPINESS IS A JOURNEY, NOT A PLACE

06 November 2011

bir fənnimiz var ki, milləti qırdırır e :P

tədris fənnləri arasında bəlkə də maraqlı, bəlkə praktik cəhətdən ən zəhlətökən fənn var ki, el arasında BTM deyirlər ona. "Fənni vur müəlliminə, müəllimi vur fənninə!" )) ya da belə deyək, "kitabın çıxart, vur təpəsinə" dərəcədə antitələbə fənndir :P

20 October 2011

sevinin dəə :)

bugün sevincimi bölüşdüm. heç kim ilk andan xoş təəssürat göstərmədi. hamısı düşündü. yəqin ki özünü. əslində təbrik ediləsi, ugur arzulanası gərəkən mən idim birinci. nə bilim, deyəcəksən ki, bes sənə ən yaxın sayılan şəxs də sevinmədi? -halbuki sizin elin adətinə  görə ən yaxın şəxs sevinməlidi- klanus, o da sevinmədi..................................... mənsə sadəcə gülürəm :) bunlara hazırammış kimi

Yılmaz Odabaşı "FERİDE"

sunu:
'istasyonda konuşan iki dilsizdi onlar
ayrılığı söyleyen kara gürültülerde
şaşkındır buralarda ayrı düşmüş aşklar
kış'ın ve silahların beyaz serinliğinde

_l. aragon

k(adın):feride
uyruğu:dünya;
dinin yok,dilin var
ve sonrasını ben bilirim

aynı yağmurlardan kaçarken bir saçağa düştük önce;
sonra gece; avluda bir kırık dal dursa üşür feride
tarihini düşünmedim,
düşünmedim, ama tenimiz tanışır
ama tenimiz tanışır önce
ve terimiz...
o benim avradım olur gecelerce, günlerce;
sonrasını... sonrasını ben bilirim...

geceye yağmur inerdi işte böyle sicim gibi, ipince
giderek soğuyan dünyamıza kanat vururken kuşlar
ve hüzünle şaşırırken yolunu yitik yıldızlar,
feride,bir destan gibi yürüdü ömrünü
akmaya yaraşırken sular...

sonra sular sulara, günler günlere vururdu
ve hayat onu da,

hər son bir başlanğıcdır, başlanğıc olsun, son yox! :)

belə - belə işlər.. ilk addımları atmağa başlamışam. arzuladığım gələcəyə doğru atdığım ilk addımlar köməklər sayəsində uğurlu oldu. ilk dəfədən uğursuzluğa göz yuma bilməzdim. alındı birinci cəhdim. ardı da alınacaq inşAllah, alınacaq. Çünki mən istəyirəm! Çünki Allah mənim istəməyimi istəyir!
hələki elə də vaxtım olmur inetə gəlməyə. komp.la entered günlərdə də ilk işim blog yazmaq olur.
həyat yaşamağa dəyər, əgər məşğuliyyətin, öhdəliklərin varsa. boş - bekar insan özü - özünə yetəcək psixoloji təsir edib, məhvə..

16 October 2011

Fəridə

çox yorğunam. hər şeydən qaçmaq istiyirəm. bilirəm ki, bircə gün belə yetəcək bütün bu yorğunluğu atmağa. hərdən bütün əlimdəkiləri suya atmağım gəlir. lazımsız olanları əlimdə saxladıqca, ovucumu tərlədir kimi məsələn.

həyatımı öz axarından ayırır məsələn. hər şeyi olacağına buraxmaq gərək bəzən, ama xoşlamıram. "hər şey məndən asılıdır" deyib, öz istəyimə görə həyatımı çizirəm. istəmədiklərimi yaşamıram, istəmədiklərimlə yaşamıram. yaxşıdır bəlkə də bu, ama hər şeyi özüm həll edəcəm demək də yorur adamı. bi şeyin də hazırı olsa, nolar ki?!

yuxum gəlir. mən gedim..
yadıma başımı klaviaturanın üstünə qoyub, yatmağım düşdü.. :)

sabah ola, xeyir ola.. başla yenə düşünməyə, həll etməyə, hər kəslə maraqlanıb, hər kəsə zaman ayırmağa.. ama sən deməsən, xatırlatmasan, sənə zaman ayıran olmasın, Fəridə! ..

10 October 2011

Yeni Gün, Yeni Həftə :*

bir neçə günlük stress ehtiyatımı götürdüm ötən həftələrdə. Daha heç bir şey məndən önəmli deyil! Onsuzda olacaq olan ən pis şeylər oldu, indi də xatırlayanda üzüntüdən boğuluram, ama daha ВСЁ!

yaşanılan elə şeylər olur ki, heç ağla gələsi də olmur. Sadəcə baş verdikdə inanasın gəlmir, yuxudur, nağıldır, bu dəqiqə bitəcək deyə ümidlə gözləyirsən, o da bifayda.

yaşananlarla barışmaq gərək, kimlərisə bağışlamaq da gərəksə ...................
hələ orasını bilmirəm, içimdə köhnə adətləri yaşadan bir hiss var. Düşüncə tərzimlə ürəyim düz gəlmir. nə bilim ehh.. zamanla o da olacaq! Mən ürəyimə  отвечатам! idarə edə bilirəm, çünki eninəzolaqlı əzələdir :) iş prinsipi iradi olmasa da ..


Bu həftə isə fərqli bir həyatın başlanğıcı olacaq. Daxili həyatımın. İnşAllah! daha pessimistəm deyə, dostlarım da üzülməyəcək..
Günə " Mən Xoşbəxtəm" deyə başlayıram, Rəbbim mənimlədir çünki. Nəzərini bizlərdən çəkməsin, inşAllah! ən pis günümüz belə olsun! ))))))))))

09 October 2011

:) (:

Qəribə hisslər idi. Necə anladım axı?!

Ayaqlarım yerdən üzülmüşdü. Hərəkət edirdim, addımlayırdım, amma hərəkətçün çaba göstərdiyimi hiss etmirdim.
Uçurdum. 

Sevindiyimdən mi?! 
deyildi! 

Sevildiyimdən mi?! 
deyildi! 

Sevginin özüydü mü bu?! 
deyildi! 

Sevgi bu qədər ola bilməzdi. 

Başqa şey idi məni uçuran. Çox xoş idi. Çox... Necə anladım axı?!

25 September 2011

əsas odur, yaşamağı bilək

bədliyi insanlar gətirir... mənfiyə yönümlü insanlar həmişə mənfini yaşayacaqlar. bəlkə də hiss etmirlər, ama bütün bədlikləri yaşamaq onlara həzz verir. sakit həyat onlarçün deyil.
Bəyquş xarabalıq gətirir deyirlər. xarabalıq bəyquş gətirir deyək, düz olsun. heyvan heç bir şüur və ya xurafatı izləmir.
nə bilimeeeh...
pozitiv olaq ki, pozitiv həyatımız olsun.
bugün müşahidəçisi olduğum hadisələr bunu yazmağa vadar etdi. bir də ki savad önəmlidir. tupoy elə tupoydur, ama savadsız tupoydan Allah amanda qılsın bizi..
əvvəl qeyd etdiyim mənfi enerjili ve xurafata inam, şüursuzluq da ele bisavad, nadanlara xas davranışdır..
sonda bir pozitiv gülücük :) həyatımız həmişə C vitaminli olsun! gülüş orqanizmdə C vitamini deposunu zənginləşdirir.
bi də sizə coffee ikram edirəm..
sevirəm həyatı........ bi də cofffffffffffffffffffffffffffffffffffffffeeni ;)

24 September 2011

tesadüfler

Aşk tesadüfleri sever
Kader ayrılıkları
Yıllar geçmeyi sever
insanlar aramayı

Güller açmayı sever
Zaman soldurmayı
Eller birleşmeyi sever
Yollar ayırmayı

Her kes geçmişi oder
Bir yol ayrımında
Başlamak istersen
Yeni bir hayata
Gölgeni yedek
Bırak ardında

Hayat tekrarları sever
Yeniden başlamayı
Kuşlar dalları sever
Kanatlarsa uçmayı

16 September 2011

Günümüz :)

salam, blogcum / dərs ili başladı. dəyişək inkişaf edək şüarı gerçəkləşir, ama tək tərəfli. Dəyişmə var, inkişafsa başqa yönlərdə. nə deyim, bu milləti fikirləşmək daha mənniy deyil. bu milləti düşünməyin xeyri gözünə girsin, ziyanı daha çoxdur.
özümü düşünürəm, elə indidən. bi də çıxdaşlar... ohooooo... nə çox çıxdaşlar olasıymış jiznimdə. bilməmişəmmiş.
ama heç vaxt silməyəcklərim də vardı...............................................................................nəysə! hər şey bizdən asılıdır :*

08 September 2011

Bizim də bir həyat hekayəmiz var

Yollar ayırır insanları, yollar da birləşdirir bəzən. Gözlər yol kənarını izlədikcə səni bilmədiyin xəyallara daşıyır. Əslində düşüncələrimiz xəyal deyil, xəyallarımız düşüncədir. Bəzən yanılırıq, bəzənsə gözləmədən gerçəkləşir düşüncələr.
Heç ayrılmadan xəyal dünyamızda xoşbəxt yaşamaq istəyirik bəzən. Bizi ayırdığı kimi xəyallardan da ayırır bizi həyat. Xoşbəxtliyi xəyallarda deyil də, həyatda axtaraq deyədir bəlkə. Nə biləsən?! Bəlkə də.

31 August 2011

i am a BLOGGER & this my BLOG!

Xoş gördük yeni blogumda.. 

Yeni yazılar olacaq yeqin ki. Amma bəlkə də fərqli, sakit, özünə görə bir blog olacaq bu. 

Bir xahişim olacaq, blog yazılarımı oxuyub, paylaşmayın. 

Bugün bloggerlərin peşə bayramıdır. Keçən il ayrı blogda qeyd edirdim, indi isə yeni blogumda. Gələn il harda qeyd edəcəm?! dont know :P 

Əsas odur, inkişafla qeyd edək...
*** 

01 June 2011

“D” e “B” i L

sixiliram… cox. daha yazmag da olmur. hm, neden yazime.. imtahanlar bawliyib deyek.. 2sini vermiwem, birinden 70 aldim, 1 bala gore “D” oldu ) gulmek de istemirem hec, ureyimden hec ne gelmir. deyim ki, aglamaq istiyirem, hec onu da emelli bacarmaram. yawamiram ki.
bezdim.
heee, o biri imtahandan da “B” almiwammiw. zeng eliyib balimi deyenecen ureyim cekildi, bu insanlar vaxti niye maraqsiz weye oldururlere. ya da niye astadirlar axi. insanlari duwunmek oldurecek, gor hec insanlar seni duwunur, ay beni Adem..
fikir verirem heyatima hele b vaxtacan hec neyi bawdan axiraqeder yaritmamiwame. hamisi yarimciq. birce gozumu dikmiwem ki diplomu tam, butun vereqleri yerinde alacam. gorek de..
bawimi divara cirpmaq istiyrem.
cirpdim )) istediklerimi werait olduqca edecem. bir weyi etmiremse, demek istemirem. ne menasizam e, lap bu blog yazisi kimi!
yaxwidi da, ayda ilde bir defe barmagimi klaviwe gezdirirem, ne alindisa onu da publish eliyirem. konkret hec neyin yeri yoxdu da! yeri olanlari da itirirem..
/azadliq/

11 May 2011

sən and only SƏN!

sən itirdiyin sevgidə günahkar

mən yaşatdığım sevgiyə sadiq.

sən vazkeçdiyin sevgiyə düşmən

mən sənin düşməninə mehriban dost.

sən sevə bilmədiyinçün utanırsan,

mən ümidsiz sevgimi müqəddəsləşdirdim.

sən utandığın sevgidə deyirsən “ axmağam”.

mən axmaqlığını görməyəcək qədər dəli olmuşam.

mən sənsiz sevgimi daşıdım səhifələrə

sən o səhifədə müsbət qəhrəman

ki hər zaman belə olmasını istəmişdim.

sən o günləri cümlədə işlətdin “ falan – filan”.

11 March 2011

Bir gün

Çaşıb qalmışam kağız – kuğuz arasında. Heç bilmirəm bunlardan necə canımı qurtaracam.
Otağımdakı səliqəsizlik.. Yazmalı olduğum kurs işi, hələ tamamlanmamış mühazirə dəftərləri. Həftəni bölüşdürə bilmədiyimiz fərdi işlər də tökülüb, qalıb.. Semestr balım yaxşıdır, həttə əladır desəm, yalan olmaz. Ən gərgin sondur elə. Bu cəncəldən canım qurtarsın, bir də imtahanlar var, hə?!

hmm.. Bugünlük bu qədər, dahasın yaza bilmirəm. Bir iki günə də məlumatları tam dəqiqləşdirsəm, kurs işini bitirə bilərəm.


Eynəyimi çıxarıb, gözümü ovuşdura - ovuşdura kağızları nəzərimdən keçirirəm. Hər dəfə belə gözümü ovuşduranda özümü qayğısız, uşaq tək hiss eliyirəm. Qəribə duyğudur. Necə yorğun olsam da, bu hiss kiçik də olsa, gülümsəmə yaradır üzümdə.

08 January 2011

Lal edən həyat hekayələri ilə tələsən rəqqaslar

Hərənin bir nöqtəyə zillənən baxışlarında fərqli bir xəyal, fərqli bir acı və bəlkə də, bir sevinc var. Bəzən uzaqlara dalan o gözlər də, heç anlada bilməz. Aciz olur mürəkkəbliyin ifadəsində. Mürəkkəb insanın mürəkkəb dünyasının aynası ola bilmir.

Gözlər də gizlədir. Sahibi kimi. Hər kəsdən. Düşündüklərini. Ruhunu incidənləri. Hisslərini. Çox vaxt dilə gətirməyi belə özünə yasaqladıqlarını.
Onu kim anlar ki..


Dilə gətirsə belə, hər cümləsinin sonunda nöqtələrin fərqinə varacaq, amma vergül qədər incəliyi duymaq ağır olacaq onlara.
Hər kəsdə belədir. Bu otaqdan başqa.


Əllərində saat, danışırlar hekayələrini. Ortaq cəhətləri ruhlarını paylaşacaq hekayələrinin olmasıdır. Yalnız, qaranlıq şəhri – qəlblərini aydınladacaqlar bölüşərək.


Əllərindəki saatı ürəklərinə tutub, çəkinmədən danışırdılar həyatlarını. Üzlərində itən mənanı yalnız xatırlamaqla tapırdılar… İtirilmiş gözəl zamanları tapmaq… Acını xatırlayaraq… Anladaraq… Ruhlarındakı gizli saatın rəqqaslarını axtararaq… Saatlar xatırlayar…