HAPPINESS IS A JOURNEY, NOT A PLACE

07 August 2010

Dənizlə rəqsim

Bir – birinin ardınca sahilə uzanan ləpələr.Köpüklü ləpələr.Üzərində qağayılar uçuşan açıq mavi dəniz. Günəşin parlaq narıncı şüalarından inci tək parlayan dəniz.Çoxdandır görüntüsünü yadırğadığım günəşim alovlanmışdı sanki. Amma yenə də gözəl idi alovlu Günəşim.Sahildə dənizi seyr etdikcə dalğaların həzin ritmi arasında fikirlərim qərq olurdu.

Hiddətlənən dərya dupdurudur. Necə təmiz və şəffafdır.
Günahını danaraq dalğalanır.


Coşqun dəniz udduğu günahsızların günahını qəbul etmədən vecsiz davam edir əsrlərinin trackinə. Dəli dalğalar ayaqlarıma söykənir, nəyisə çatdırmaq istəyir, öz dilində. Onu cani edən insanlardan gileylənir. Bəzən sakit, bəzənsə qəzəbli səslə anladırdı.

Dəniz əlacsızları, onda təsəlli axtaranları öz dərinliyinə qərq edirdi, bu gün də məni sehirli sualtı aləminə dəvət etmişdi. Dərdlərindən mən də
dərdliydim.

“Həsrət qoy məni də sahillərinin gözəlliyinə ki,
bir də əlimdən alınmasın azadlıq,
Götür məni də sehirli sualtı aləminə ki,
bir də dadmayım yalan sevgi, sonsuz ayrılıq.”
“HOST”

Dənizim ləpələri ilə məni çağırırdı. Ona qulaq asdıqca, ovsunlanır, onun dalğalarının əksini izləyirdim. Yavaş – yavaş onu dinləyə – dinləyə, gileylərini təsdiqləyə – təsdiqləyə ona gedirdim.

Dənizə gedirdim.
Uşaqkən ağız dolusu sevinə – sevinə dənizə gedirəm deyərdimsə, indi sözün əsl mənasında dənizə gedirdim.
Sahildə əvvəlcə ayaq barmaqlarımın arasını dolduracaq qədər ləpə özünü çatdıra bilirdisə, artıq dizlərimi taqətdən salmağa çalışırdı Dənizim.

Belimi qucaqlayan dalğalar dənizlə rəqsə dəvət edirdi məni. Ona gəlmişdim zatən, onunla da rəqs edəcəkdim.

Sonuncu rəqs.

Dənizin unuda bilməyəcəyi rəqs.
Musiqi isə illərin nəğməsi idi, yorulmadan, dəfələrlə dinləməkdən zövq alacağın dənizin nəğməsi.
Rəqsimizi qağayılar və dalğalar müşayiət edirdi.

No comments:

Post a Comment