HAPPINESS IS A JOURNEY, NOT A PLACE

18 August 2010

Qaranlıqdan işığa

Sükut. Gözləyirəm. Gözlərim yumulu, uzanmış vəziyyətdə gözləyirəm. Sanki dərin, sonsuzluq yuxusundan oyanmışam. Gözlərimi açıb, ətrafa göz gəzdirmək üçün cəsarət tələb edirəm. Ətrafımda məni nə gözlədiyindən heç bir xəbərim belə yox idi.Maraq və qorxu. Görəsən, hardayam marağı, gözümü ilk açanda rastlaşacağımın qorxusu yan- yana idi.
Qaranlıq məkandayammış. Zülmət qaranlıqdır. Toxuna – toxuna bir otaqda olduğumu anladım. Amma bir işıq zərrəsi belə yox idi. Nitqim quruduğundan kimlərisə çağırmaq cəhdim də boşa çıxdı.
Nə edəcəyimi bilmirəm. Kim olduğumu da. Otağın küncünə çəkilib, başım əllərim arasında oturub, xatırlamağa çalışırdım. Mən kiməm?..Ani bir işıq közərməsi diqqətimi cəlb etdi və ayağa qalxdım. Danışmaq üçün çətinlik çəksəm də, “Hey, kimsə var?” deyə səslənə bildim.Açar səsi eşidildi, ardinca da qapının açılması ilə içəri qarapaltarlı daxil oldu. Otaqda közərən şam yandırıldı. Qarapaltarlı stulu çəkib, oturdu. Məni də “əyləşin, Azər bəy!” deyə dəvət elədi. Təəccüblü ifadəylə əyləşdim. Deməli Azər. Dahası maraqlıydı. Mən axı kiməm? Necə Azərəm?

Qarapaltarlı mənə məni danışmağa başladı. “ Siz dəli olduğunuzdan burdasınız. Biz sizi çox gec tapdıq. Buna görə üzr istəyirik, amma indi sizi burdan çıxarmaqçün burdayıq.”

- Burdayıq?
- Bəli, mən və mənlər.
- Çox maraqlıdır.
- Sizin dəli olmağınıza səbəb kimi isə çox ağıllı olmağınızı görürəm. Hər vəziyyəti dəyərləndirən, məntiqli çıxış yolu tapan, olub – bitən hər irili – xırdalı nüansı təhlil edən birisiydiniz. Və ən əsası isə hər bildiyiniz həqiqəti söyləməklə insanların diqqətini cəlb edir, onları düzgünlük ətrafında toplayırdınız. Bununla da bir şpris və bu otaq.
Bəlkə də, əvvəllər sizə kömək edəcək qədər qüvvəmiz yox idi, amma indi sizi burdan çıxaracaq yetərli gücümüz var.
- Mən axı heç nə bilmirəm. Hansı mövqedə olduğumu deyin mənə.
- Siz bilirsiniz, ən azı və lazımi olanı, danışmaqçün dilinizi unutmamısınız, doğru ilə həqiqətin yolunu bilib, ona görə hərəkət edəcəksiniz. Bunlar yetərlidir. Siz və bizlər üçün!
Burdan çıxmaq, bir an öncə bu qaranlıqdan qurtulmaq istəyirdim.

Mənimlə bağlı 1 – 2 yeniliyi də öyrənib, səbrsizliklə yeni həyata atılmağı gözləyirdim və budur, mən azadam.

Bəxtə bax ki, azadlığım gecəyə təsadüf etmişdi. Yenə də qaranlıq. Mənim ömrüm başdan – başa gecə oldu. Qaranlıq dünyamda bir gün işıq olacağına inandırmışdım özümü.
Hə, xatırladım, əvvəlki həyatımda da zülmətdə yaşayırdım. Amma bu zülmət də məni özünə heyran edirdi.
Sahilə gedib, səhərin açılmasını gözləyirdim. Günəşi gözləyirdim. Gecəni aydınladacaq Günəşi. Siyah həyatımı nurlandıracaq Günəşi. Həsrətini çəkdiyim Günəşi.

Artıq gecənin qaranlığında Günəşin şüaları sezilirdi. Əvvəl nuru, sonra özü dənizin arxasından boylanırdı. Səhər – səhər saçlarını dənizboyu sərib, onları darayırdı.
Baxmaqla doymayib, ona getmək istədim. Illərin həsrətinin əvəzini çıxmaq istədim. Qumlu sahil ilə addımlamağa başladım. Getdikcə addımlarım sürətlənir, Günəşimə doğru qaçırdım. Ona doğru.




Illərdir bir zərrəsinə həsrət duyduğum Günəşimə doğru iri addımlarla qaçırdım. Tək doğru bildiyim o imiş kimi, Ona doğru.

Onu mənə bəxş edən Allaha doğru!!!

No comments:

Post a Comment