HAPPINESS IS A JOURNEY, NOT A PLACE

15 December 2010

Sus! Danışma!

Mən və sən. Bir də bizim soyuqluq.
Geri istəsəm səni. Əllərini ovuclarımda isitsəm. Yetməzsə, nəfəsimlə isidərəm.
Sən “qalıram” deyənə qədər. Baxışlarının buzu əriyib, gözlərindən süzülənə qədər.
Bağışla da diləməzsən. Susarsan.
Sadəcə SUS!
Səssizcə danışırıq. Daha yaxşı anlayırıq bir – birimizi. Çün, dil deyil danışan. Gözlərdir, ürəyi ifadə edir. Yalansız, dolansız qəlblərin söhbəti. Onlar çözəcək bizi.
Gərək yox sözlərə. SUS!… DANIŞMA!…
Mən səni başa düşdüm. Indi sən dinlə ürəyimin səsini. Döyüntüləri sənsən. Hiss et. Sən…..
Ən dərində adını oxu qəlbimdən. Sevin. Sevincini gözlərindən oxuyum.
Səssiz xoşbəxtliyimizi yaşayaq.
Sən və mən. Yerin də qulağı eşitməyəcək. Yalnız biz.
Danışma!.. Sus!…
Nə çox deyiləsi sözümüz varmış…

10 December 2010

Mənim kölgəm

Əvvəllər kimin yanımda olub – olmaması elə də maraqlandırmırdı. Bilirdim ki, kimlərsə ötəri, kimlərsə nə üçünsə bu gün mənimlədirlərsə, sabah məni tanımayacaqlar. Elə onda bu gündən onlarla yolumu ayırırdım.
Kimisə yanımda saxlamağa cəhd göstərmirdim. Bir prinsipim var idi. 
“Məni mənə görə istəyənə heç nə lazım deyil. O onsuzda buralarda olacaq.” Beləcə, çıxdaşlar yalnızlaşdırırdı aidliyini hiss etdiyini.

Ama bir üzüntü duyğusu belə keçirtmirdim. Hər itilən yarpaqda bir milli daha budağa yaxınlaşırdım. Həmişə yanımda olacağına tam əmin halda irəlilədikcə itirirdim qarşıma çıxanları. Şahmat taxtasında piyada irəlidədir, bir – bir yıxa – yıxa qabaqda gedir, gücsüzdür əslində, amma onu arxasında tam arxayın edən vəzirin müdafiə elədiyi yollarla irəliləyir. Elə bu arxayınlıq onu doğruluqdan ayırmır.
Yalançılarla açıq savaşdadır, onun arxasında böyük bir DOĞRU var çünki. Onu daim dəstəkləyəcək DOĞRU, hər addımını yoxlanışdan keçirən DOĞRU, onu izləyən KÖLGƏ DOĞRU!


05 November 2010

Be happy

Öncəliklə hər kəsə Salam olsun!
yenə klaviş, yenə mən.. yenə monitor..
qəmli qumlu yazılardan ayrılıb, bugünümdən yazacam. son vaxtlar xoşbəxt olduğumun fərqində olduğumçün xoşbəxtəm. bədbin notlara köklənib, həyatı mənasız çərçivədən izləmək yordu artıq. əvvəl özüm – özümçün məna axtarmağa başladım, sonra isə bu məna artıq arası kəsilmədən həyatımın aralıqlarını doldurdu. türklər demiş: OLUMLU DÜŞÜNELİM Kİ, OLUMLU OLALIM!

-yazıdakı şriftlərdə obışka tutmayın, bu yazını tam sərbəst yazacam, yerli yerində shift- dən istifadə etmədən. -
mən xoşbəxtəmmiş.. ŞÜKÜR ƏLHƏMDÜLLİLAH! çatışmayanları kənara qoyub, əlimdə nə olduğuna nəzər saldıqda bunu fark etdim.. sevdiklərim çox, məni sevən də çox.. insana bundan öte nə gərəkdir. etrafımda dəyərlilər dəyərlisi dostlarım var. hər zaman yanımda olacaqlarına əmin olduğum dostlarım. canlarım benim
sizə inanıram, çox inanıram və həmişəlik inanmaq istəyirəm. məni kimlərinsə yanında yanıltmayın..
bir sözlə, mutluyum! məni üzümdəki gülücükdən ayıran kimisə və ya nələrisə isə heç vecimə almıram. çünki mən onların vecinə olsaydım, məni üzməzdilər. hər gün səhər məni əsəbləşdirməyə səy göstərən ailə üzvümdə isə bu heç vaxt alınmayacaq..
həyata kompleksiz yanaşıb, olacaqların axışını smayliklə izləmək ən gözəl üsuldur..

30 October 2010

Patoloji bəsit sevgi

  • Sevgi – fərqli başa düşülən kəlmə.. insanın yapısından asılı olaraq başa düşülmə texniki mövcuddur. Kimisi üçün isə bu kəlmə heç bir anlam vermir. Səbəb anlamsız edən cəmiyyət və ya onun anlamını öldürən qarşı cins nümayəndəsi. Hər şey ola bilər…
    Hal – hazırki dövrdə isə bir qrup bəsit insanların yoluxduğu bəsit sevgi sindromu kəlməni leksikondan silməyə məcbur edir.
    Söhbət sevgili kimi sevməkdən gedir.

11 September 2010

Ölü şair

Dumanlıdır ona gedən yol. Heç izi də bilinmir. Kəşf olunmamış bir köhnəlik nümunəsidir o. Uçuq – sökük daxmaya sığınmış.
Səliqəsiz otaq. Təsviri elə də çətin deyil. Bir yazı masası, bir oturacaq və soyuq günlərin tək tanış dostu – soba.
Qaranlıqdır. Yaradıcılığın sonsuz ilham mənbəyi qaranlıq.
Yazı masasının üstündəki çıraq isə göz nuruna yardım edir ölümsüz ola biləcək əsərlərin yaranmasına. Ölümsüz ola biləcək…


Otaq dağınıqdır, adi əşyalarla deyil, kağız vərəqlərlə. Illərin səhifələriylə. Hər yaradılan əsərin qaralamaları səpələnmişdi ətrafa. Illər keçmişləşdikcə vərəqlər də zamanına uyğun olmağa çalışırdı. Saralırdı, ləkələrlə köhnələşirdi.

05 September 2010

Həyatdan danışaq

Yer kürəsi. Yaradılışın bu gününə qədər dəyişildi. Əvvəlcə özü eralar boyu dəyişdi, sonra isə məskən olduğu insanları dəyişdirdi. Bugünkü günümüzdə isə dəyişən heç nə yoxdur. Hər şey formal olub, ürəksıxıcıdır. Təbii ki, bu formallığın normal olmadığını görənlərçün.
Soyuqlaşmış, bir – birindən uzaqlaşmağa can atan insan adında məxluqat hər gün eyni işlərin icrasıyla eyniləşmiş, dəyişməyən bir əşyanı xatırladır.

Hər gün ev – iş, iş – ev. Əgər işin varsa, belədir. Işin yoxsa da elə ev, ev, ev.
Yaşayıb, çətinliklərdən çıxa – çıxa daha da hissiyatsızlaşır insanlar. Ölümü seyr etməksə onları daha da azğınlaşdırır. Hər gün müxtəlif informasiya mənbələrindən aldıqları xəbərlərdə qəzanın baş verməsi onlarda ölü sayının nə qədər olması marağını oyadır. Sadəcə maraq. Ürək ağrısı ilə yanaşma deyil. Nə qədər ölü sayı çox olsa, maraq bir o qədər də artır. Bu qədər daşlaşmış qəlb və beyin insanatın ölməyinə zəmin yaradır.

18 August 2010

Qaranlıqdan işığa

Sükut. Gözləyirəm. Gözlərim yumulu, uzanmış vəziyyətdə gözləyirəm. Sanki dərin, sonsuzluq yuxusundan oyanmışam. Gözlərimi açıb, ətrafa göz gəzdirmək üçün cəsarət tələb edirəm. Ətrafımda məni nə gözlədiyindən heç bir xəbərim belə yox idi.Maraq və qorxu. Görəsən, hardayam marağı, gözümü ilk açanda rastlaşacağımın qorxusu yan- yana idi.
Qaranlıq məkandayammış. Zülmət qaranlıqdır. Toxuna – toxuna bir otaqda olduğumu anladım. Amma bir işıq zərrəsi belə yox idi. Nitqim quruduğundan kimlərisə çağırmaq cəhdim də boşa çıxdı.
Nə edəcəyimi bilmirəm. Kim olduğumu da. Otağın küncünə çəkilib, başım əllərim arasında oturub, xatırlamağa çalışırdım. Mən kiməm?..Ani bir işıq közərməsi diqqətimi cəlb etdi və ayağa qalxdım. Danışmaq üçün çətinlik çəksəm də, “Hey, kimsə var?” deyə səslənə bildim.Açar səsi eşidildi, ardinca da qapının açılması ilə içəri qarapaltarlı daxil oldu. Otaqda közərən şam yandırıldı. Qarapaltarlı stulu çəkib, oturdu. Məni də “əyləşin, Azər bəy!” deyə dəvət elədi. Təəccüblü ifadəylə əyləşdim. Deməli Azər. Dahası maraqlıydı. Mən axı kiməm? Necə Azərəm?

16 August 2010

Küləklə bizim gecəmiz

Nazlı gecəmdən. Sirli gecəmdən.

Göy üzü sakitliyə çağırır.
Səpələnmiş incilər qaranlıqda başqa aləm yaradır.

Başını qaldırıb, bu saf ulduzları seyr edəndə, hardasa qurtuluş yolunun olduğuna, ulduzlar qədər saf aləmin olduğuna inanırsan.
Baxdıqca ovsunlanırsan. Bu yalan dünyadan sirli aləmə keçid körpüsü axtarırsan.

Təki hər addımı səni üzən dünyadan çıxasan. Salamatlıq aləminə qədəmini basacağın anda hər şeyin dəyişəcəyinə inandırırsan özünü.

Bu gecə ayı axtarmıram.

Mənim baxdığım səma çərçivəsinda da heç rast gəlmədim.
Bu gecə ulduzların gecəsindən yazacam.

Bir de küləyin.

07 August 2010

Dənizlə rəqsim

Bir – birinin ardınca sahilə uzanan ləpələr.Köpüklü ləpələr.Üzərində qağayılar uçuşan açıq mavi dəniz. Günəşin parlaq narıncı şüalarından inci tək parlayan dəniz.Çoxdandır görüntüsünü yadırğadığım günəşim alovlanmışdı sanki. Amma yenə də gözəl idi alovlu Günəşim.Sahildə dənizi seyr etdikcə dalğaların həzin ritmi arasında fikirlərim qərq olurdu.

Hiddətlənən dərya dupdurudur. Necə təmiz və şəffafdır.
Günahını danaraq dalğalanır.


Coşqun dəniz udduğu günahsızların günahını qəbul etmədən vecsiz davam edir əsrlərinin trackinə. Dəli dalğalar ayaqlarıma söykənir, nəyisə çatdırmaq istəyir, öz dilində. Onu cani edən insanlardan gileylənir. Bəzən sakit, bəzənsə qəzəbli səslə anladırdı.

29 June 2010

Axtardığım şahzadəm

bir gün hər şeydən uzaqlaşıb, haqq – hesab aparmaq istədim.. bununçün yalnız qalmalıydım, evdən çıxdım.. hara gedəcəyimi bilmirdim, nə düşünəcəyimi də..
düşünməm gərəkən çox mövzu var idi, ama hansından başlayacaqdım?…..
bu dəfə hər gün evdən çıxıb təkrarən getdiyim yolu getməməliydim… onda hər şey hərgünki kimi olacaqdı… bu gün hər şey fərqli olmalı idi, şablon olan heç nə olmamalı…
hər günümdə olan təkrar təkcə mən olacaqdım.. mən.. düşüncələrim yox, yalnız cismim eyni olacaqdı…

o ki, qaldı qiyafəmə, o da fərqliydi.. hər gün universitete özümə xüsusi düzən verərək gedirdimsə, bu gün adi geyindim, kablok əvəzinə yastı ayaqqabı ki, ətrafımdakılardan uzun olmaqla onlarda kompleks yarada, onlardan uzaqlaşa bilərdim.. bu gün sadə xalqa yaxın olacaqdım ki, öz fikirlərimdən vaxtım qalsa onları da düşünəcəkdim…
əslində həmişə düşünürəm, əgər yol gedirəmsə, gözüm sataşan hər kəsin bir dərdi olduğunu düşünüb, onun da əvəzinə üzülürəm… bilmirəm, nə dərəcədə düzgün xasiyyətdir bu?….
əvvəlcədən planını qurmadığım yol ilə addımlayıram… bilmirəm, harda bitəcək yolun sonu…
heç nə bilmirəm..
şəhərin yapışqanlı havasında gəzmək elə şəhərin özü haqqında fikirləşməyə əsas verir.. məni aparan yol sağa yönəldi, tabeyəm cığıra.. mən də yönəldim, ama gözüm yerə dikilmiş, qulaqlarım şəhərin səs – küyü arasında fərqli səs axtarır, beynim düşünməyçün sırasını gözləyən fikirlər arasında seçim edir, ürəyimdə isə bir sancı var.. səbəbsizdir, yəni konkret səbəbi yoxdur, ama axtarsam hər weyə görə bir qıvrantı girir ürəyimə… ayaqlarımı isə beyin idarə etmir, dolayısı ilə cığır idarə edir..

fikirli – fikirli addımlayıram.. qaşlarım çatılmış, gözlərimi günəşin şüalarına qarşı olan refleksdən qıymışam.. hər halda üzümə baxan qorxardı. Ama ən çox özüm – özümdən qorxuram, bəli… özüm – özümdən.. hərdən elə düşüncələrə qapılıram ki.. “ məndən başqa bunu fikirləşən yoxdur bəyəm? Dünyanın dərdi elə mənə qalıb?…” sualları ilə fikirlərdən ayırıram özümü..
yol məni hələki eyni ahənglə aparır.. maşınların səsi, tanımadan keçdiyim həyətlərdəki oynayan uşaqların cıvıl – cıvıl səsləri, oyunu yarımçıq qoyub evə çağırılan uşaqların analarının səsləri..
lap öz məhləmiz yadıma düşdü.. bir qadın uşağını səsləyir:
- orxan… oooooorxan..
təzə – təzə bu qadının səsi adamın başına düşürdü – sonradan məhləyə köçənlərdəndilər yəqin – indi artıq öyrəşmişik Orxan balanın evə çağırılışına..
davam… imtahan cığırına davam… bayaqdan fərqli səs axtarışında olan qulaqlarıma bir hıçqırıq səsi sataşdı… öz fikirlərimdən ani ayrıldım… gözlərim səsin gəldiyi tərəfdə hıçqıranı axtarırdı… ətrafıma göz gəzdirirəm.. aha, tapdım… yolun dibiylə çəkilmiş çəpərə söykənərək oturmuş uşaq.. odur hıçqıran.. yox.. deyəsən, ağlayır lap.. ürəyimdən bərk qıvrantı keçdi..
uşağa yaxınlaşım ya yaxınlaşmayım.. qara muncuq kimi gözləri ağlamaqdan qızarmışdı.. uzun kirpiklərinin ucunda yaş giləsi durmuş, əsən hafif yel ilə və ya damlanın ardı ilə yanağından süzüləcəkdi ki, balaca, məsum, toppuş əlləri ilə onları yana siyirdi.. kürəyini çəpərə söykəyib, yerdə, oturaq vəziyyətdə dizlərini qucaqlamışdı.. görəsən, həyata bu qədər yaşla dolu gözlərlə baxmağa onu nə təhrik edirdi?!…
deyəsən, dayanacağın vaxtı çatmışdı.. evdən elə bu şahzadəyə görə çıxmışammış kimi, sanki elə axtardığım buymuş kimi ona bir az da yaxınlaşdım.. yanına əyləşməyə izn istəmək istədim, ama “ mən kübar qayda qanundan bu gün uzaq olacaqdım” – deyə fikirləşib, balaca şahzadənin qarşısında bardaş qurub oturdum.. salam verib, əllərini əlimin içinə aldım.. gözünün kənarından daha bir damlanın gəldiyini görüb, əlimi üzünə toxundurub, baş barmağımla gələn yaşı sildim.. hər iki əlimlə üzünü ovucuma aldım.. hələ heç bir sual vermirəm.. sadəcə baxıram, üz cizgilərində nəsə axtarırmış kimi seyr edirəm gül üzünü.. necə məsumdur, nə kin bilir, nə küdurət.. ətrafındakılarla münasibətdə xeyir güdmür, əvvəlcədən planlaşdırılmış şəkildə davranmır, pula görə davranışını tənzimləmir… əslində hər gün ətrafıma nəzər yetirərkən rastlaşdığım mənə əzab vərən hərəkətləri onda axtarmağın lüzümu belə yox idi.. o bütün bunları inkar belə etmirdi, çünki bunların varlığından belə xəbərsiz saf körpə idi..
gözündən axan incilərin arası kəsilmişdi.. islanmış yanaqları da ovuclarımda isinərək qurumuşdu.. sanki şahzadəm bir az təskinlik tapmışdı.. zəif hıçqırıq səsləri isə astaca eşidilirdi..
mən soruşmadan şahzadəm anlatmağa başladı.. çoxdandır tanıdığı bir dostuymuşammış kimi danışırdı.. ürəyindəkiləri onu anlayacaq birinə danışmağı geciktirmədən əvvəlcə dodaqlarının altında mızıldanırdı..
nə təsadüf, mənim də dərdləşəcək birinə ehtiyacım var idi.. mənimlə heç bir hesab- kitab etməyəcək birinə, sadəcə məni dinləyəcək, bəlkə ağlayacam, ama onun kimi mənim də göz yaşlarımı siləcək, ehtiyac duyduğumda məni qucaqlayacaq və təskin edəcək bir dosta.. ama mənə dost olacaq olan o deyildi.. o tər təmiz beynini mənim mürəkkəb düşüncələrimlə yormağa haqqım çatmırdı.. dostluq birtərəfli olacaqdı, dostluq yox, daha çox dərdləşmə birtərəfli olacaqdı..
məgərsə şahzadəmi üzən də ələ DOST imiş.. yaşıdları onu öz sıralarına almır, oyunlarına uzaqdan həvəsi boğazında boğula – boğula onları izləməyə təhkim olunmuşmuş şahzadəm..
ehhh, şahzadəm… dost arzulayırsan, ama arzulamamanı məsləhət görsəm, bəlkə məni qınayarsan… bəzən dost səni özü tapar.. bir də baxarsan ki, arasından su bələ keçməyən dostluğunuz var.. bir ömür boyu belə qalsa nə ala..
ama çox zəif ehtimaldır bu… dostluq sən fikirləşdiyin kimi, sənin kimi saf duyğudur, şahzadəm…
ama di gəl ki, dərdi məni götürən bu cəmiyyət anlamır və ya anlamaq istəmir, görmür, görə bilmir sən görəni, sən anlayanı… qurd yeyib içlərini, ürəyini, beynini.. dostluqda belə nəsə güdər olublar…
çox arzulama, şahzadəm… yaşıdlarınla oynayanda da onlara çox bağlanma, çox güvənmə.. sənə ilk zərbə əndirən də, elə ən çox güvəndiyin olacaq.. yaşıdlarınla oynadığın həyat oynunu səndən başqasının idarə etməsinə imkan vermə, şahzadəm… sənin saflığından istifadə edəcək, sənə sənin kimi görünəcəklər.. ya da sən hər kəsi özün kimi görəcəksən.. şahzadəm, ama bir gün hər kəsin üzündəki pərdə açılacaq.. ürəyinin kapilyarından biri qırılacaq onu itirəndə, ama təki qırılan kapilyar olsun.. ona kapilyar qədər dəyər ver, nəbadə artəriyan sənin dostun olsun.. o zaman sən məhv olarsan, mənim şahzadəm..
ağlama.. ağlamağa tələsmə…. sən dostluğu uca tutub, ona hakk ətdiyi dəyəri vər, sən ona xəyanət etmə.. belə edəcəksənsə, kapilyarın qırılanda ağrı verən yalnız o olacaq, vicdanın sakit, ruhun spokoynıy olacaq… sən sən ol, bu saflığını tərk etmə, şahzadəm..
sakit – sakit dinləyirdi.. bilmirəm, mən dediklərim yadında qaldımı, başa düşdümü.. ama gözləriylə “ sən sən ol, verdiyin nəsihətə özün də əməl elə” – deyirdi… birtərəfli dərdləşmə olmadı deyəsən, şahzadə dostum da məni anladı, nə yaşadığımı, nə yaşayacağımı hiss edib, məndən məsləhətini əsirgəmədi…
artıq tamamilə sakitləşdiyini görüb, əllərimi yanaqlarından çəkdim.. özünün də artıq getməkçün vurnuxduğunu görüb, ayağa durdum.. paltarımı çırpışdırıb, təmizləyirdim ki, şahzadəm ayağa qalxdı… həsrətini çəkdiyim saflığı son dəfə yaddaşıma həkk etmək üçün uşaq arzusu tək təmiz gözlərinə baxmaqdan yayındıra bilmədim gözlərimi..
şahzadəm “ saol” deyib, əlləri ilə barmaqlarını ovucuna iki dəfə sıxmaqla sağollaşıb, yeyin addımlarla məndən uzaqlaşdı… yenə də tələsirdi.. həyatın müxtəlif dərəcəli sınaqlarından keçməyə tələsirdi.. ama bu sınaqlarda onu böyük zərbədən qoruyacaq məsləhəti almışdı bu gün… bəlkə də, həyatda artıq bir çox sınaqdan üzü ağ çıxaracaq konspekti olduğu üçün bu qədər çox tələsirdi..
mən isə tələsmirəm… yavaş – yavaş, səbrlə, yeni- yeni zərbələr ala- ala, öyrənə- öyrənə addımlayıram.. yolumunsa uzunluğu bəlli deyil, nə mənə, nə də sənə.. yolu çəkən bilər yolun uzunluğunu da, daşlı – kəsəklimi ya hamar yol olduğunu da…

28 June 2010

EMO yaratma siyasəti

son dovrde actual olan emolar haqqinda kicik xarakterize verim..
emolar kovrek, sevgiye ehtiyac duyan bir qrup insanciqlardir.. emolar gerginlikde, sevgisizlikde ve ya sevgisini subut etmeye caliwdiqda lezvani damarlarina dost secirler..
emolarin heyatinda ROCKun xususi yeri vardir.. onlar gun erzinde ROCKa qulaq asir, axwamlari ise aglayaraq sakitlewirler.. oz istedikleri heyati yawayirlar, kimseden asili olmadan plansiz heyati yawayirlar.. etraflarinda neyin baw verib- vermemesi onlari maraqlandirmir..
(hmm, lap emo olmaq istedim.. )

12 April 2010

Sən mənim kölgəm ol

sen menim kolgem ol,
ayrilma menden..
bir omur yarim ol,
butunem sennen..

dunya doner olsa,
sen donme menden..
seni dunya qeder seven,
yene men..